Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"
Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir.
"Far.Az"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra-Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Turnirdə ikinci oyunumuza çıxacağıq. Rəqibin isə ilk matçıdır. Burada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Fərqli rəqibdir. Reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyətlə gəliblər.
Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Sabahkı qarşılaşmaya hazırıq".
A.Abbasov yığmanın tarixində ilk dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcəyini söyləyib: "Səhv etmirəmsə, millimiz ilk dəfədir ki, Afrika təmsiçisi ilə qarşılaşır. Daha əvvəl bu qitənin komandası ilə qarşılaşmamışıq. Bu da yeni olacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar.
Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransanın Liqa 1-də oynayan müdafiəçiləri var, texnikalıdırlar. Bizi yaxşı oyun gözləyir".
Baş məşqçi heyətdə dəyişiklik olacağını da əlavə edib: "Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyətin olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Ən yaxşılar buradadır. Rəqibə görə də heyəti düşünəcəyik".
Onun sözlərinə görə, millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir: "Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika olsun. Rəqiblər də buna imkan verir, yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu, ən yaxşı ilimiz ola bilər".
Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiyanı böyük hesabla məğlub edib – YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ayxan Abbasov: "FIFA Series-2026" turnirində millinin heyətində yeni adlar olacaq" - MÜSAHİBƏ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













