Rəşad Nəbiyev Bərdə şəhərində vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 avqustda Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında vətəndaşları qəbul edib.
“Far.Az-Economics” xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Oxşar xəbərlər
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib













