"Xəstə olduğunu bilə-bilə üzərinə gedənlərin indi vicdanları onlara nə deyir?!"
"Rasim Balayev öz istedadı və zəhməti ilə sənətin zirvəsinə qalxmış və xalqımız tərəfindən yüksək qiymətləndirilmiş bir aktyor idi".
Bu sözləri Far.Az-ə açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən bildirib ki, Rasim Balayevin vəfatı xallqımızın mədəniyyəti və tarixi üçün ağır itkidir:
"Çox təəssüf ki, biz Rasim Balayevi itirdik.
Düşünürəm ki, biz sənət adamlarına yaşa dolduqca daha çox dəyər verilməlidir. Onun xəstə olduğunu bilə- bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları onlara nə deyir?! Gəncliyini sənətinə, xalqına həsr etmiş insanları qorumalıyıq. Rasim Balayevin vəfatı xalqımızın tarixi və mədəniyyəti üçün böyük itkidir".
Xatırladaq ki, Rasim Balayev 1948-ci il 8 avqustda Ağsuda doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
O 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.
Rasim Balayev ilk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
Aktyor eyni zamanda onlarla filmdə obrazları səsləndirib.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Rasim Balayevin həmkarı: "Xəstə olduğunu bilə- bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları onlara nə deyir?!"
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
-
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib













