ZFC döyüş mərkəzi Azərbaycan Qrapplinq üzrə yığma komandasını Kazaxstanda keçiriləcək dünya çempionatına yola saldı
Bu gün Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı, Zeyd İdman Mərkəzinin prezidenti Vüqar Tağıyev və mərkəzin nümayəndələri Qrapplinq üzrə Qazaxıstanda keçiriləcək Dünya Çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçiriblər.
"Report" xəbər verir ki, görüşdə federasiya prezidenti və məsul şəxslər komandanın hazırlığı, qarşıdakı yarışın yığma üçün əhəmiyyəti haqda söz açmış, hakimlərə, məşqçilərə və idmançılara öz tövsiyələrini veriblər. ZFC rəhbərliyi idmançılara öz dəstəyini ifadə etmiş və daim yığmanın yanında olduqlarını bildiriblər.
Hakim heyətinin rəhbəri Elvin Rəhimov, Baş məşqçi Əkbər Hadıyev çıxışlarında yığmanın yarışa tam hazır olduğunu bildiriblər, federasiya rəhbərliyinə və tərəfdaşlara minnətdarlıqlarını ifadə ediblər. Yığma üzvlərinə yeni idman geyimləri təqdim olunub.
Görüşün sonunda xatirə şəkili çəkilib.
Xatırladaq ki, 7-12 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə Dünya Çempionatı keçiriləcək. Yarışda Azərbaycandan 40-nəfərlik heyət iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycan yığma komandası ZFC-Qrapplinq üzrə keçiriləcək dünya çempionatına yola salınıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var













