Avropanı tənbəlləşdirən liberal ideologiya - Qərbin çöküşü
ABŞ-də Qərb sivilizasiyasının çöküşü və tənəzzül ilə üz-üzə olmasından narahatdırlar. Ötən gün dövlət katibi Marko Rubio Afinada çıxışı zamanı bu barədə bəyanat verərək Qərb sivilizasiyasının mənzərəsini açıqlayıb. O, Qədim Yunanıstandan Amerikada sənayenin yüksəlişinə qədər olan tarixi dövrə nəzər salaraq qeyd edib ki, hazırda dünya "dönüş nöqtəsində"dir.
Dövlət katibinin iddiasına əsasən, Qərb ölkələri, xüsusilə Avropadakılar qədim yunan dəyərlərinə qayıtmalı, təhlükələrə birlikdə qarşı durmaq üçün öz institut və ittifaqlarını bərpa etməlidirlər: "Biz inanırıq ki, Avropa uzun yuxudan oyana və min illər əvvəl burada yanan o od yenidən alovlandıra bilər".
Marko Rubio çıxışında Qərb sivilizasiyasının qəhrəmanlarından danışarkən İranın radikal din xadimlərinin intiharçıları "milli qəhrəman" adlandırılmasını qınayaraq onların fanatiklərdən tamamilə fərqləndiyini iddia edib: "Seçdiyimiz yol Qərbin dünyada lider mövqeyini qoruyub-saxlayacağını, yoxsa tənəzzül, əsarət və deqradasiya gələcəyi ilə barışacağını müəyyən edəcək. Qarşıdakı onillik növbəti əsrin tarixini müəyyən edəcək".
O, siyasət və dövlət idarəçiliyinin klassik anlayışına qayıtmağa çağırıb. Marko Rubionun sözlərinə görə, belə yanaşma həmçinin milli qürur hissinin dirçəlişini nəzərdə tutur - qədim yunanların dəyər verdiyi, ancaq Qərbin imtina etdiyi hiss.
Dövlət katibi çıxışnda millətçiliyi müdafiə edərək vurğulayıb: "Millətçilik" sözü söyüşə çevrildi. Buna görə də abidələrimizi söküb atdıq, tariximizi pisləyib, qınadıq və bir çox yerdə uşaqlarımıza varis olmalı olduqları ölkələrdən utanmağı öyrətdik. Bununla yanaşı, sərhədlərimizi açdıq, sənayemizi xaricə köçürdük və hərbi gücümüzün zəifləyib tənəzzülə uğramasına imkan verdik".
Marko Rubio əməkdaşlıqlardan danışarkən millətlərin, dövlətlərin ortaq maraqlarını etiraf etmək üçün öz mənsubiyyətinin özünəməxsusluqlarından imtina etməyə ehtiyac olmadığını da vurğulayıb.
Dövlət katibinin çıxışını daha çox Qərb yarımkürəsi ölkələri, əsasən də Avropa üçün siyasi-ideoloji çağırış saymaq olar. Onun açıqlamalarında vurğulanan məsələlər Qərbin, Avropanın deqradasiyaya yuvarlandığını sübut edir.
Postsovet məkanında müstəqilliyini yeni bərpa edən ölkələr üçün də Qərb dəyərlərinə üstünlük verilməsi təbliğ edilirdi. Bu proses indi də davam edir.
Qərb dəyərləri fərdi azadlıq, insan hüquqları və qanunun aliliyi üzərində fokuslansa da, bu istiqamətdə cəmiyyətin və dövlətin təməllərinə qarşı ziyanlı məsələlər də təbliğ edilir. Xüsusilə insan hüquqları və fərdin hüquqları məsələlərində ziddiyyətli məqamlar az deyil.
Başqa sözlə, "gəlişi gözəl" sözlərlə zəngin olan Qərb dəyərləri bir çox hallarda elə başqa ölkələr üçün qərblilər tərəfindən pozulur. Hadisələrə ikili standartlardan yanaşılır. Markonun təbliğ etdiyi və vurğuladığı "yunanların qəhrəmanlıq ideologiyası"nın əsasında döyüş şücaəti ilə ölümdən sonrakı şöhrətə can atmaq durur. Habelə, ruhun ölümsüzlüyü, ölümü məğlub etməyin və nəsillərin yaddaşında qalmağın yeganə yolu böyük qəhrəmanlıqlar etmək üçün stimul sayılırdı. Məsələn, tale ilə razılaşma - qəhrəman ömrünün qısa ola biləcəyinə inanır, ancaq həyatı deyil, parlaq və şanlı ölümü seçir.
Marko Rubio Avropadakılara əqidə, hədəf seçib, onun uğurunda döyüşmək, ölməyi təklif edir. Bu yolda mübarizə aparanlar üçün öləndən sonra həyatın varlığını da qədim yunanlardan öyrənməyi məsləhət görür.
Bu qəhrəmanlıqlarla yaşamış Yunanıstan dünyanın ən güclü quldar dövləti olub. Ona görə də həmin vəziyyəti indiki dövrə uyğunlaşdırsaq, dövlət katibi Qərbə güclü olmağı, hədəfə doğru fəaliyyət göstərməyi, qəhrəmanlıq etməyi tövsiyə edib. O, Qərbə hədəf, rəqib seçməyi də məsləhət görür, millətçiliyin "söyüş" olmadığını deməklə cəmiyyəti öz dövlətlərini sevməyə, multikultural dəyərlərə elə çox meyil etməməyə çağırır.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp çıxışlarında qlobalizm və multikulturalizm dəyərlərini tənqid edir. O, sərt milli suverenliyin, milli kimliyin qorunması və vətənpərvərlik ideyalarını əsas sayır. Donald Tramp BMT Baş Assambleyasının sessisyasındakı "gələcək vətənpərvərlərə məxsusdur, qlobalistlərə yox", - deyə açıq şəkildə vurğulamışdı.
ABŞ lideri nəzarətsiz miqrasiyanın mədəni irsi, ənənələri və suveren dövlətlərin unikal kimliyini məhv etdiyini vurğulayır. Onun fikrincə, güclü dövlət çoxsaylı müxtəlif mədəniyyətlərin mexaniki qarışığı ətrafında deyil, vahid milli mədəniyyət ətrafında qurulur.
Donald Tramp bildirib ki, Qərb ölkələri uğurlu institutların qurulması təcrübəsi olmayan "yad mədəniyyətləri kütləvi şəkildə idxal etməməlidir". O, Avropanın mədəni kimliyini itirməsi risklərini nümunə olaraq göstərib. ABŞ Prezidenti "Qlobal vətəndaşlıq" ideologiyasından rədd edir. O, beynəlxalq qurumları milli sərhədlərin və dəyərlərin bulanıqlaşdırılmasını zorla qəbul etdirmə cəhdlərinə görə tənqid edərək dünya liderlərini öz vətəndaşlarının və öz mədəniyyətlərinin maraqlarını birinci yerə qoymağa çağırır.
Marko Rubio da Prezident Donald Trampın siyasi-milli ideoloji baxışlarını yunanların qəhrəmanlıqları əsasında təbliğ edib. Onun "millətçilik" ifadəsi isə əslində vətənsevərlikdir. Bu, yeni mühafizəkarlığın, neokonservatizmin əsaslarındandır.
Prezident Donald Tramlp və dövlət katibi Marko Rubio irəli sürdükləri tezislərdə haqsız da deyillər. Avropa İttifaqı qlobal miqyasda baş verənlərə laqeyd yanaması ilə seçilib. O, ənənəvi olaraq ABŞ-nin kölgəsində hərəkət edib. İkinci Dünya Müharibəsindən sonra Avropa İttifaqı Ştatların himayəsi, çətiri altında asılı vəziyyətdə yaşamağa başladı. Bu onu tənbəlləşdirdi. Avropalılar Rusiyanı bufer dövlət olaraq qurmaqla türklərin təhlükəsindən qorunduqlarına arxayın olandan sonra rahat nəfəs almağa başlayanda Üçüncü Reyx Avropa üçün yeni problemlər yaratdı. Onu ABŞ və keçmiş SSRİ-nin nəzarətinə saldı. Bununla da qitədə müəyyən mənada ələbaxımlılıq yarandı.
Avropalılar çıxış yolu kimi müxtəlif ideyalar irəli sürməyə başladılar. Onlardan biri yeni miqrasiya qanununun qəbul edilməsidir.
Avropa Parlamenti, Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri İttifaq ərazisində sığınacaq verilməyən, ancaq vətənlərinə göndərilə bilməyən miqrantların deportasiyasını sadələşdirən yeni qaydalarla bağlı ilkin razılığa gəliblər. Bundan sonra həmin şəxslər üçün üçüncü ölkələrdə qalma mərkəzləri yaradılacaq. Yeni qaydalara əsasən, Aİ-də qalmaq icazəsi olmamasına baxmayaraq, Aİ ərazisini tərk etməkdən imtina edən miqrantlar tez-tez həbs ediləcək. Qurumun ərazisinə təkrar girişə qadağaların sistemli şəkildə tətbiq ediləcəyi gözlənilir. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə üçün yeni mümkün tədbirlər arasında müavinət ödənişlərinin azaldılması, yaxud tamamilə dayandırılması da var və s.
Avropa İttifaqı bu yolla miqrantlardan birlik ərazisini təmizləməyə çalışır. Ancaq bu, Avropada bir sıra problemlərinə həllinə yardım etmir.
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə çıxış edirlər. Onlar noyabrın 20-də Krallıqda hökumətin məcburi hərbi xidməti bərpa etmək planlarına qarşı ümumxalq tətili keçirməyi planlaşdırırlar. Gənclər ordunun şəxsi heyətinin sayı və hərbi büdcənin artırılması da daxil olmaqla hökumətin hərbiləşdirmə siyasətinə qarşı çıxırlar.
Qeyd edək ki, ölkədə hərbi xidmətə çağırış rəsmi olaraq ləğv olunmayıb. Bu qanun 17 yaşdan 45 yaşa qədər kişilərə və qadınlara şamil edilir. Bununla belə, məcburi hərbi xidmət 1997-ci il mayın 1-dən dayandırılıb.
Almaniyada isə 12 min çağırışçı hərbi xidmətdən imtina edib. Bildirilib ki, ölkədə gənclər orduda xidmət etmək istəmədikləri barədə daha tez-tez məlumat verməyə başlayıblar. Almaniyada 2026-cı ilin yanvarından avqustun sonunadək ən azı 12 102 nəfər ölkənin silahlı qüvvələrində xidmət etmək istəmədiyini bəyan edib. 2025-ci il ərzində AFR hakimiyyətində hərbi xidmətdən imtina barədə 3879 ərizə qeydə alınıb. Bu ilin ilk səkkiz ayındakı göstərici bütövlükdə ötən müqayisədə üç dəfədən çoxdur.
Bundan başqa, Almaniyada polis sıralarında xidmət sahəsində də şəxsi heyətdə çatışmazlıqların olduğu bildirilib.
Avropa düşdüyü hədəfsizlik kimi siyasi-mənəvi-ideoloji-sosial boşluğu antmiqrasiya və antisemitzmlə həll etməyə çalışır. Ancaq Avropa yaşadığı Hitler faşizmi ilə bunun çıxış yolu olmadığını gördü, yaşadı. Yenidən həmin ideyanın dirçəlməsi Avropada, Qərbdə millətçiliyi, vətənsevərliyi yarada bilməz. Çünki qitədə demoqrafiyadan tutmuş ailə dəyərlərinə, dinə, inanca və cəmiyyət üçün vacib başqa bu kimi amillərədək çoxsaylı klassik vasitələr aradan qalxıb, yaxud arxaikləşmiş sayılır. İddia olunan liberal dəyələr Avropada cəmiyyəti dağıdıb, insanları fərdiləşdirib. Bir zamanlar ailə institutlarına qarşı edilən çağırış, aparılan təbliğatlar cəmiyyətlərin təməllərini sarsıdıb. Ona görə də Marko Rubio Qərbə yunan qəhrəmanlıqlarına qayıtmağı tövsiyə edib.
Dövlət katibinin irəli sürdüyü fikirlər bir qədər fərqli şəkildə bütün dövlətlər üçün keçərli sayıla bilər. Onlar yunan qəhrəmanlıqlarına deyil, öz tarixi köklərinə əsaslanan ideyalarla cəmiyyətin güclənməsinə yardım edə bilərlər. Bunun üçün ən başlıca vasitə ailə sayılır.
Rubio bu çağırışları ilə Avropanı hədəfini müəyyənləşdirməyə, ABŞ-yə layiq tərəfdaş olmağa dəvət edir.
Hədəfsizlik cəmiyyəti, milləti, dövləti, ailəni tənbəlləşdirir, inkişafdan saxlayır. Nəticədə isə həmin dövlət, millət, cəmiyyət ya assimilyasiya, ya da məhv olur.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













