Ədəbiyyat üzrə builki Nobel mükafatı kanadalı qadın şairə verilib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub.
"Report"un məlumatına görə, builki mükafata kanadalı şair, esseist və yazıçı Enn Karson (Anne Carson) layiq görülüb.
O bu mükafata klassik ədəbiyyat ənənələrindən yaradıcı şəkildə istifadə edərək müasir ədəbiyyata yeni, fərqli formalar qazandıran cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.
Məlumat üçün bildirək ki, Enn Karson 1950-ci ildə Kanadanın Toronto şəhərində doğulub.
Yaradıcılığında şeir və esse janrı, eləcə də tərcüməçilik fəaliyyəti üstünlük təşkil edir.
Müəllif gənc yaşlarından qədim yunan dilinə maraq göstərib və Şotlandiyanın Sent-Endryus Universitetində sözügedən dili öyrənib. O həmçinin antik ədəbiyyat tədqiqatçısı və professordur. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib.
E.Karsona şöhrət gətirən əsərlərindən biri "Autobiography of Red" ("Qırmızının avtobioqrafiyası") əsəridir ki, məhz bu əsərdə o, qədim yunan mifologiyasındakı hekayələrdən birini götürüb onu müasir dövrə uyğun şəkildə yenidən yazıb.
Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə, dünən fizika üzrə, bu gün isə ədəbiyyat üzrə mükafatın laureatları elan olunub.
Sabah Sülh üzrə, oktyabrın 12-də isə İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı elan ediləcək.
Nobelin mükafat fondu tərqibən 1,5 milyon ABŞ dollarıdır.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













