İtaliyanın idman naziri ölkə futbolunda köklü islahatlara çağırış edib
Far.Az xəbər saytı

İtaliyanın idman naziri ölkə futbolunda köklü islahatlara çağırış edib


İtaliya futbolunda dərin islahatlara ehtiyac var.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin idman və gənclər naziri Andrea Abodi "Diretta Calcio Mercato" nəşrinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, yenidənqurma prosesi futbol idarəçiliyinin ən yüksək səviyyəsindən başlamalıdır. O, İtaliya Futbol Federasiyasında kadr dəyişikliklərinin vacibliyini vurğulayıb.

Bu açıqlama İtaliya millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra verilib. Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin həlledici qarşılaşmasında Bosniya və Herseqovina yığmasına məğlub olub.

Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə rəqib 4:1 hesabı ilə üstün olub.

Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildəki mundialda iştirak edən "Skuadra Adzurra" 2018 və 2022-ci illərdə pley-offda müvafiq olaraq İsveç və Şimali Makedoniyaya uduzaraq turnirdən kənarda qalıb.

DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər