Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib
Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb.
Far.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
O qeyd edib ki, dünya irəliyə doğru addımladığı halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə ilə yaşamağa davam edir:
"30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu, ədalətdir. Bu, insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur".
April 4 — International Mine Awareness Day 🌍
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 3, 2026
While the world moves forward, Azerbaijan continues to live under a silent, invisible threat — every single day.
• Around 12 percent of Azerbaijan’s territory contaminated with 1.5 million more landmines by Armenia during 30 year… pic.twitter.com/eiub37iAZ5
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













