Georgi Kondruseviç: "Geniş heyətə malik rəqiblərlə mübarizə bizim üçün çətindir"
"Lənkəran" basketbol klubu geniş heyətə malik rəqiblərlə mübarizə aparmaqda çətinlik çəkir.
"Report" xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Georgi Kondruseviç deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının "Pley-inn" mərhələsində "Gəncə"yə qarşı keçirilən ilk oyunu dəyərləndirib.
"Düzünü desəm, nə deyəcəyimi bilmirəm. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onların oyunlarını daha da yaxşılaşdırmaq üçün kifayət qədər geniş ehtiyat qüvvələri var idi. Heyəti bu qədər geniş olan rəqiblə rəqabət aparmaq bizim üçün çətindir. Bu qarşılaşmada da biz qeyri-sabit oyun nümayiş etdirdik".
Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri 91:55 hesablı qələbə qazanıblar.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Naib Əlizadə ilə bağlı ƏMR
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ
-
Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib













