"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb
Far.Az xəbər saytı

"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb


İspaniyanın "Barselona" klubu yenilənmiş "Kamp Nou" stadionunun görüntülərini yayıb.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir ildən çox davam edən yenidənqurma prosesindən sonra komanda dekabrda doğma arenaya qayıtmağa hazırlaşır.

Yenidənqurma işləri təxminən 1,5 milyard avroya başa gəlib. Stadionun tutumu 99 354-dən 106 000 nəfərə qədər artırılacaq. Arenanın bütün tribunaları qoruyan açılıb-bağlanan damı da olacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisi yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirir.

Oxşar xəbərlər

"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb - FOTO
"Sumqayıt" Belarus klubunun avrokubok oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib
Gəncə şəhər stadionunun tikintisi üçün 15 milyonluq müqavilə imzalanıb
“Şəfa Futbol Klubu" “MyGroup Holding”in tərkibinə daxil olur
17 gün Parisdə - Xəyalları alt-üst edən acı reallıqla üz-üzə - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər