Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün üç matç keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün üç matç keçiriləcək


Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

"Far.Az"un məlumatına görə, sonuncu oyun günündə üç matç keçiriləcək.

İlk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək. Tovuz təmsilçisi 48 xalla üçüncü, meydan sahibləri 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Ardınca "Zirə" "Şamaxı"nı qəbul edəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:15-də başlayacaq. "Qartallar" 42 xalla dördüncü, bölgə klubu 30 xalla səkkizincidir.

Tura Bakıda yekun vurulacaq. "Sabah" "Araz-Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. Oyun "Liv Bona Dea Arena"da, saat 19:30-da start götürəcək. Çempionatın lideri "Sabah"ın 62 xalı var. Naxçıvan təmsilçisi 39 xalla altıncıdır.

Xatırladaq ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər