Sərdar Həsənov: "Avropa çempionatında Azərbaycan millisinin üzvlərindən gözləntilərimiz var"
Gürcüstanın Batumi şəhərində Avropa çempionatında iştirak edəcək Azərbaycanın ağırlıqqaldırma millisinin hər bir üzvündən gözləntilər var.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycanın böyüklərdən ibarət ağırlıqqaldırma yığmasının baş məşqçisi Sərdar Həsənov deyib.
Mütəxəssis komandanın şansları və heyətlə bağlı danışıb:
"Avropa çempionatına 4 idmançı ilə yollanacağıq. Millinin əsas üzvlərindən Dadaş Dadaşbəyli hazırda zədəsini sağaltmaqla məşğuldur. Bu səbəbdən onu Gürcüstandakı yarışda görə bilməyəcəyik. Yarışa yollanacaq komandanın hər bir üzvündən gözləntimiz var. Məqsəd təkcə medal qazanmaq yox, eyni zamanda idmançıların çıxışında inkişaf dinamikasına nail olmaqdır. Müəyyən idmançılar var, onlarla işləyirik, qarşıdakı yarışlarda da şans verəcəyik. Amma Avropa çempionatında qadın idmançılarımızın iştirakı nəzərdə tutulmayıb".
Qeyd edək ki, qitə birinciliyində Tehran Məmmədov (60 kq), İsa Rüstəmov (71 kq), Ravin Əlməmmədov (79 kq) və Əli Şükürlü (110 kq) Azərbaycanı təmsil edəcək. Yarış aprelin 19-dan 26-dək təşkil olunacaq.
Oxşar xəbərlər
İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













