Paris-2024 medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək
Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib. MOK-dan verilən məlumata görə, Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib.
Bildirilib ki, yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndərilib. Təqdimat mərasimində hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.
Qeyd edək ki, mərasim MOK-un inzibati binasında baş tutacaq və Olimpiya mükafatçıları xüsusi dəvət əsasında tədbirdə iştirak edəcəklər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













