Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılarla görüş keçirilib.
"Far.Az" xəbər verir ki, federasiyanın baş katibi Fərid Xəlilovun iştirakı ilə baş tutan yığıncaqda idmançıların son nailiyyətləri müzakirə olunub və qazandıqları yeni idman dərəcələri onlara təqdim edilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş rəsmi idman dərəcələrini əks etdirən vəsiqələr öz sahiblərinə çatdırılıb.
Aliyə Əliyeva, Lalə Əbdürəhmanova və Dilguşə Sadıqovaya "İdman ustalığına namizəd" (İUN), Lalə İsmayılova, Sona Rüstəmli və Nurlan Rəhimliyə isə "I dərəcə" vəsiqələri təqdim olunub.
Görüş zamanı baş katib Fərid Xəlilov idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu dərəcələrin onların peşəkar karyerasında mühüm mərhələ olduğunu vurğulayıb.
Bildirilib ki, idmançıların növbəti hədəfi daha yüksək pillə olan "İdman Ustası" dərəcəsinə yiyələnmək və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməkdir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













