ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib
ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Qeyd olunub ki, sanksiyalar Amerikanın intellektual mülkiyyətinin qorunması haqqında qanun (PAIPA) əsasında tətbiq edilib. Amerika tərəfinin məlumatına görə, kommersiya sirlərinin oğurlanması ABŞ-nin iqtisadi maraqlarına, xarici siyasətinə və milli təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Qərar ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu tərəfindən aparılan istintaqın yekunlarına əsasən qəbul edilib. 2026-cı il yanvarın 29-da federal məhkəmənin andlılar heyəti L.Dini kommersiya sirlərinin oğurlanması ilə bağlı yeddi maddə üzrə təqsirli bilib.
Bəyanata əsasən, o, "Google"un kommersiya sirlərini ehtiva edən minlərlə səhifəlik məxfi məlumatı onlardan öz maraqları və Çində mənzillənən texnologiya şirkətlərinin maraqları üçün istifadə etmək məqsədilə oğurlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













