SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat verib.

Nazir bildirib ki, bu barədə İtaliyaya işgüzar səfəri çərçivəsində "Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə keçirilən görüşdə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

O qeyd edib ki, Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər