İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər - RƏSMİ
Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) məlumatında bildirilib.
"Atelier Erich Pumer" bərpa şirkətinin meneceri Çingiz Neymanzadə qeyd edib ki, İçərişəhər Qala divarları 8 il ərzində bərpa olunub və bu prosesdə müxtəlif üsullardan, eləcə də fərqli daş materiallarından istifadə edilib.
Onun sözlərinə görə, divarın strukturunda bəzi hissələrdə xarici, daxili və orta qatlar arasında əlaqə zəifdir: "Bu qatlar arasında bağlantının olmaması gələcəkdə belə halların təkrarlanmasına səbəb ola bilər".
Ç.Neymanzadə qeyd edib ki, hazırda xüsusi proqram əsasında işlər aparılır, dövlət bu məsələyə ciddi əhəmiyyət verir və qala divarları mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Qədim divarlar arasında bayram ruhu - İçərişəhərdə möhtəşəm Novruz şənliyi
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













