Azərbaycan İslam ölkələrindən turist axını üçün SMIIC standartlarının tətbiqinə hazırlaşır
Far.Az xəbər saytı

Azərbaycan İslam ölkələrindən turist axını üçün SMIIC standartlarının tətbiqinə hazırlaşır


Azərbaycan İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMIIC) standartlarının qəbulu prosesinə başlayır ki, bu da turizm sektorunun inkişafı üçün mühüm addım olacaq.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Mən Azərbaycanda turizm sahəsində standartlaşdırma komitəsinin sədri olaraq, komitəmizin əsas vəzifələrindən biri SMIIC standartlarının qəbul edilməsidir. Hazırda bu standartlar tərcümə olunur və nəzərdən keçirilir," - deyə M.Muradov qeyd edib.

O, həmçinin vurğulayıb ki, gələcəkdə Azərbaycan özünü müsəlman ölkəsi kimi, xüsusilə Yaxın Şərq bazarlarında fəal şəkildə təbliğ edəcək: "Bundan əvvəl biz müsəlman ölkəsi olduğumuza diqqət yetirmirdik, lakin indi başa düşürük ki, bu bizim güclü tərəfimizdir. Azərbaycanın müsəlman ölkəsi kimi təbliğ edilməsi marketinq strategiyamızın mühüm elementi olacaq. Biz standartların tətbiqi ilə başlayacağıq, sonra isə imicimizi möhkəmləndirmək üçün digər addımları davam etdirəcəyik," - deyə o əlavə edib.

Qeyd edək ki, SMIIC standartlarının tətbiqi Azərbaycana halal turizm sektorunda rəqabət qabiliyyətini artırmağa və İslam ölkələrindən daha çox turist cəlb etməyə kömək edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər