Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Far.Az xəbər saytı

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub.

"Far.Az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.

Bu il noyabrın 1-nə qədər ölkədə 117 553 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 16 % artıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 13 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər