Kurban Berdıyev: "Avrokuboklara düşsək, ev oyunlarımızı Tovuzda keçirmək istəyirik"
Far.Az xəbər saytı

Kurban Berdıyev: "Avrokuboklara düşsək, ev oyunlarımızı Tovuzda keçirmək istəyirik"


"Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, oyunları doğma meydanda keçirməyi hədəfləyir.

"Far.Az"un Tovuza ezam olunan əməkdaşının məlumatına görə, bunu meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev "Sumqayıt"a qarşı Misli Premyer Liqasının XXVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Çox vacib və lazımlı qələbə qazandıq. Matçın əvvəlində futbolçularda müəyyən həyəcan hiss olunurdu. Lakin lazımi qalibiyyəti əldə etdik. Yenilənmiş ot örtüyü çox yaxşı vəziyyətdədir. İnanırıq ki, meydan hər zaman bu vəziyyətdə qalacaq. Klub rəhbərliyinə bu cür şərait yaratdığına görə təşəkkür edirəm. İndidən avrokuboklar barədə danışmaq tezdir.

İnşallah, turnirə vəsiqə qazansaq, heyətlə bağlı düşünəcəyik. Çox istəyirik ki, avrokuboka düşsək, oyunları öz meydanımızda keçirək".

Oxşar xəbərlər

Kurban Berdıyev: "Avrokuboklara düşsək, oyunları öz meydanımızda keçirmək istəyirik"
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Premyer Liqa: "Turan Tovuz" bu il doğma meydandakı birinci oyununda ilk qələbəsini qazanıb
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər