Ziya Rəcəbov: "Finalda "Turan"ın qələbə qazanacağına inanıram"
Far.Az xəbər saytı

Ziya Rəcəbov: "Finalda "Turan"ın qələbə qazanacağına inanıram"


Qadınlardan ibarət "Turan" voleybol komandasının Azərbaycan Yüksək Liqasında qalib olma şansı yüksəkdir.

"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb:

"Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə ki, bu, "Turan" voleybol komandasının sayəsində idi. Biz qızlarımızdan daha da yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Finalda "Turan"ın qələbə qazanacağına inanıram".

Mütəxəssis final oyununa çox ciddi hazırlaşacaqlarını bildirib:

"Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik. Biz isə verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdur. Aprelin 19-u final günüdür və biz həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik".

Qeyd edək ki, "Turan" yarımfinal mərhələsində "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər