Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
Far.Az xəbər saytı

Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib


Bu ilin I rübündə Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 465 şəxs qəbul edilib və onlara 228 718 sayda xidmət göstərilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ümumi elektron xidmətlərin 54,7 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatlarının verilməsi;

- Vergi ödəyicilərinə arayışların verilməsi;

- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 8,2 min sayda yazılı müraciət cavablandırılıb, 8,2 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 1 602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1 604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min SMS göndərilib.

Oxşar xəbərlər

Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 582 mindən çox şəxs qəbul edilib
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 6 %-ə yaxın artıb
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 2 %-ə yaxın artıb
Ötən ay Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 5 mindən çox şəxs qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər