Tərtərdə "Toxum Sərgi-Satış Yarmarkası" keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda növbəti "Toxum sərgi-satış yarmarkası" keçirilib.
Bu barədə "Far.Az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, tədbirin əsas məqsədi fermerlərin keyfiyyətli toxumlara çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq subyektləri ilə kənd təsərrüfatı istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin aqrar sahədə tətbiq olunan dövlət dəstək mexanizmləri barədə məlumatlılığın artırılması olub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iştirak ediblər. Çıxışlarda aqrar sahənin inkişafında fermerlərin rolunun artırılması, kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və dövlət dəstək mexanizmləri barədə məlumatlılığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, bu cür tədbirlərin fermerlər, sahibkarlar və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Tədbirdə müxtəlif toxumçuluq subyektləri və toxumçuluq şirkətləri fermerlərlə birbaşa əlaqələr qurmaq və istehsal etdikləri toxum sortlarını nümayiş etdirmək imkanı əldə ediblər. Yarmarka kənd təsərrüfatı istehsalçıları ilə toxum təchizatçıları arasında işgüzar əlaqələrin inkişafı və fermerlərin keyfiyyətli əkin materialları ilə təmin olunması baxımından əhəmiyyət daşıyıb.
Yarmarka çərçivəsində "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə də keçirilib. Paneldə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı", aqrar sahədə tətbiq olunan dəstək mexanizmləri və fermerlərin bu imkanlardan yararlanma yolları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim olunan subsidiya və güzəştli maliyyələşmə imkanları barədə ətraflı məlumat verilib. Fermerlərin dövlət dəstəyindən səmərəli istifadəsi, kənd təsərrüfatında maliyyə əlçatanlığının artırılması və istehsalın stimullaşdırılması məsələlərinə diqqət yetirilib.
Paneldə Aqrar Subsidiya Şurasının 7 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş yeni dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qərarla bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib.
Oxşar xəbərlər
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













