Ayda diametri 225 metr olan yeni nəhəng krater aşkar edilib
Ay səthində nadir hadisə qeydə alınıb. Diametri 225 metr olan yeni iri kraterin yarandığı müəyyən edilib.
Far.Az xəbər verir ki, bu barədə "Universe Today" portalı məlumat yayıb. Bildirilir ki, krater kosmik cismin Ay səthinə düşməsi nəticəsində əmələ gəlib.
Alimlər qeyd edirlər ki, Ay zahirən "sakit" görünsə də, onun səthi daim dəyişir. Yer kürəsindən fərqli olaraq, Ayda atmosfer, külək və su olmadığından baş verən toqquşmaların izləri uzun müddət dəyişməz qalır.
Araşdırmalar Lunar Reconnaissance Orbiter aparatının çəkdiyi görüntülər əsasında aparılıb. Bu görüntülər zərbədən əvvəl və sonrakı vəziyyəti müqayisə etməyə imkan verib.
Məlumata görə, yeni krater missiya müddətində qeydə alınmış əvvəlki ən böyük kraterdən üç dəfədən çox böyükdür. Alimlər belə hadisələrin eyni ərazidə orta hesabla 139 ildə bir baş verdiyini bildirirlər.
Kraterin dərinliyi təxminən 43 metrdir. Ətraf əraziyə böyük qaya parçaları səpələnib və onların bəzilərinin ölçüsü 13 metrə çatır.
Tədqiqatçılar zərbənin istiqamətini də müəyyən ediblər. Kosmik cismin cənub-qərb istiqamətindən gəldiyi və əsas materialın şimala doğru yayıldığı qeyd olunur.
Krater daxilində müşahidə edilən tünd sahələr isə xüsusi maraq doğurub. Alimlərin fikrincə, bunlar zərbə zamanı ərimiş və dərhal soyuyaraq şüşəvari formaya düşmüş süxurlardır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













