Baydenin oğlu ABŞ-ni tərk edib
Far.Az xəbər saytı

Baydenin oğlu ABŞ-ni tərk edib


ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hunter Bayden ölkəni tərk edərək xaricdə yaşadığı məlum olub.

BAKU.WS xəbər verir ki, bu fakt məhkəmə sənədlərində də öz əksini tapıb. Aprelin 6-da vəkil Barry Koburn tərəfindən təqdim edilən sənəddə Hunter Baydenin artıq ABŞ-dən kənarda yaşadığı qeyd olunub. Onun konkret hansı ölkədə məskunlaşdığı isə açıqlanmayıb.

Qeyri-rəsmi məlumatlara əsasən, onun Cənubi Afrikaya köçdüyü ehtimal edilir. Hunter Bayden daha əvvəl verdiyi açıqlamada Cape Town şəhərini çox bəyəndiyini və gələcəkdə orada yaşamaq istədiyini bildirmişdi.

Eyni zamanda, onun ciddi maliyyə problemləri ilə üzləşdiyi qeyd olunur. Bildirilir ki, Hunter Baydenin təxminən 17 milyon dollar borcu var və keçmiş vəkilləri ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, onun adı daha əvvəl silah və vergi ilə bağlı məhkəmə işlərində hallanmış və bu məsələlər uzun müddət ABŞ-də siyasi müzakirələrə səbəb olmuşdu.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər