Anahita Bəşiri: "Dünya Kubokunda qızıl medal qazanmağımızın əsas səbəbi bir-birimizə olan inamdır"
Azərbaycanın akrobatika gimnastlarının Belçikanın Puurs şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanmasının əsas səbəbi idmançıların bir-birilərinə inamı olub.
Bunu "Far.Az"a açıqlamasında akrobatika gimnastı Anahita Bəşiri bildirib.
O, hazırlıq prosesinin uğurdakı rolunu vurğulayıb:
"Məşqçilərimizlə birlikdə çox işləyirdik. Sinxronluq tələb edən və digər hərəkətləri dəfələrlə təkrarlayır, davamlı məşq edirdik. Burada əsas olan bir-birimizə güvənimiz və inamımız idi. Finala yüksələn bütün komandalar güclü idi. Amma ən güclüləri İsrail və Portuqaliya təmsilçiləridir. Dünya Kubokunda qızıl medal qazanmaq bizim üçün böyük qürurdur. Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Dünya Kubokunda qızıl medal qazanmaq unudulmaz bir hissdir".
Qeyd edək ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu Dünya Kubokunda 29.350 xal toplayaraq qalib adını qazanıb.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













