“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTO
Far.Az xəbər saytı

“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTO


“Mastercard” Azərbaycan üçün ilk "Priceless" tədbirini elan edir. Artıq yerli “Mastercard” kart sahibləri eksklüziv təcrübələrlə tanış ola biləcəklər “Xan Wines” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir regionda istehlakçılar üçün yeni faydalar erasının başlanğıcını qoyur.

"Priceless" “Mastercard”ın kart sahiblərinə qastronomiya, idman, əyləncə və səyahət daxil olmaqla çox sayda unikal təcrübələr təqdim edən qlobal platformasıdır. “Priceless.com” platforması təkcə əməliyyat üstünlükləri ilə kifayətlənmir, həmçinin “Mastercard” kart sahiblərinə bənzərsiz fürsətlərdən yararlanmaq imkanı verir.

Azərbaycanda bu platformanın təqdimatı “Priceless Specials” proqramı çərçivəsində 120-dən çox yerli məkanda endirimlər və 20-dən çox ölkədə 400-dən çox məkanda keşbek mükafatları təqdim edən “Mastercard Traveler” proqramına giriş kimi eksklüziv üstünlüklərlə başlayır. Bu tədbirlə birlikdə “Priceless.com” platforması tezliklə yalnız “Mastercard” kart sahibləri üçün eksklüziv tədbirlər və təcrübələr mərkəzinə çevriləcək.

“Unudulmaz xatirələr yaratmaq və Mastercard kart sahiblərinə xüsusi təcrübələr təqdim etmək məqsədilə “Priceless.com”u Azərbaycana gətirməkdən məmnunuq. Bu tədbir təkliflərimizi genişləndirmək və kart sahiblərimiz üçün unikal dəyər yaratmaq hədəfi ilə çıxdığımız yolun başlanğıcıdır”, “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

“Priceless” platforması bank proqramları və veb-saytlara inteqrasiya edilərək istifadəçilərə eksklüziv təklif və imtiyazlara asan çıxış təklif edir. “Priceless.com”un Azərbaycanda işə salınan B2C tərəfi isə kart sahibləri üçün unikal təcrübələr yaratmaq məqsədilə yerli biznes və qlobal tərəfdaşlarla əməkdaşlığa əsaslanır. İndi hər an həqiqətən qiymətsizdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Toyota Prius: Hibrid Avtomobillərin atası
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər