4SİM: Müəssisələrdə rəqəmsal inkişaf "Lumina" platforması ilə qiymətləndiriləcək
Azərbaycandakı müəssisələrdə rəqəmsal inkişaf "Lumina" platforması ilə qiymətləndiriləcək.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" üzrə layihə rəhbəri Sahil Balazadə Bakıda keçirilən "Sənayenin texnoloji və yaşıl Transformasiyası" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, platforma Dünya İqtisadi Forumundan qaynaqlanır: "Bu, qabaqcıl zavodların öz təcrübələrini paylaşdığı, süni intellekt əsaslı platformadır. Biz bu platformanı daha çox 2027-ci ildə başlayacaq seçim prosesində sınaqdan keçirəcəyik. Belə ki, prosesə qoşulacaq şirkətlər ilkin indekslərini bu platforma üzərindən formalaşdıracaqlar.
Artıq 18 müəssisə rəqəmsal həllərini, yəni "use case"lərini tətbiq etdikdən sonra onlara yenidən bu imkanı yaradacağıq. Beləliklə, "Lumina" platforması vasitəsilə müəssisələrin ilkin vəziyyətini və verdiyimiz indeksləri, rəqəmsal həllərin tətbiqindən sonra isə hansı səviyyəyə çatdıqlarını müqayisə edə biləcəyik".
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













