FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO
18 avqust 2024-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş qol güləşi üzrə Respublika kuboku uğrunda yarış keçirilib.
FHN-nin mətbuat xidmətindən Far.Az-ya bildirilib ki, ölkənin şəhər və rayonlarından, eləcə də klub və idman cəmiyyətlərindən müxtəlif çəki dərəcələri üzrə 100-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıb.
Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət kapitanı Rəşad Kəsəmənli hər iki qol üzrə mübarizə apararaq gümüş medal qazanıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Oxşar xəbərlər
"WhatsApp"da müdirinin şəklinin üstünə təhqir yazıb paylaşdı: Cəzalandırıldı
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Bu gün maestro Niyazinin doğum günüdür
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub













