Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi
Far.Az xəbər saytı

Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi


Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin bu gün imzaladığı Sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov MR-in Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Bəxtiyar İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. B.İsmayılov müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər