Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU
Far.Az xəbər saytı

Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan 25 və 23 yaşlı şəxslər HƏBS OLUNDU


Paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

BAKU.WS xəbər verir ki, profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər. Onlar bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradıb və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən A.Həmidov və R.Mahmudov 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.

Oxşar xəbərlər

Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər