İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü
Far.Az xəbər saytı

İtaliyada film kimi bank soyğunu: 25 nəfər girov götürüldü


İtaliyanın Neapol şəhərində silahlı şəxslər bankı soyaraq 25 nəfəri girov götürüb, daha sonra tunellə qaçıb.

Far.Az xəbər verir ki, hadisə Credit Agricole bankının filialında baş verib. Günorta saatlarında başlayan əməliyyat zamanı polis əraziyə cəlb olunub və bank mühasirəyə alınıb.

Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilib. Onların arasında xəsarət alan olmasa da, altı nəfərə tibbi yardım göstərilib.

Hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin bankın şüşələrini sındıraraq insanları təxliyə etdiyi əks olunub. Girovlar şok vəziyyətdə binanı tərk edib.

Məlumata görə, xüsusi təyinatlı qüvvələr əməliyyata cəlb olunsa da, bank daxilinə daxil olduqda soyğunçuların artıq qaçdığı müəyyən edilib. Onların əvvəlcədən hazırladıqları yeraltı tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq izlərini itirdiyi bildirilir.

Hüquq-mühafizə orqanları kanalizasiya xətləri boyunca genişmiqyaslı axtarışlara başlayıb. Soyğun zamanı əldə edilən məbləğ hələ açıqlanmayıb.

Oxşar xəbərlər

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər