Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik"
Far.Az xəbər saytı

Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik"


"Görüş yaxşı keçdi. Təəccüblənə bilərsiniz, amma fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma var, dostluq münasibəti var, birgə əməkdaşlıq var, gələcək tərəfdaşlıq planları var. Danışıqlar zamanı heç bir maneə ilə qarşılaşmadıq və ümid edirəm ki, bundan sonra da olmayacaq".

Far.Az xəbər verir ki, bu fikirləri "Real TV"-yə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın spikeri Sahibə Qafarova ilə görüşdən sonra bildirib.

"Azərbaycanın Ermənistana məhsul ixracı və Azərbaycan üzərindən Ermənistana tranzit məsələsi İrəvanda necə qiymətləndirilir?" sualına onun cavabı belə olub:

"Bu, çox müsbət qiymətləndirilir. Mən bunu uzun müddət deyirəm. Biz ticarəti daha da genişləndirməliyik. Bilirəm ki, bizim iş adamlarımız, hökumətlərimiz və aidiyyəti qurumlar bu istiqamətdə çalışır və bu, çox yaxşıdır. Bu yöndə işi davam etdirməli və dərinləşdirməliyik".

A.Simonyan "Hər iki ölkəyə qarşılıqlı olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin səfərlərini necə qiymətləndirirsiz?" sualına cavabında isə belə deyib:

"Çox əla. Görmürsünüzmü, bu görüşlər necə keçirilir və ondan sonra hansı rəylər verilir? Baxın, biz çoxdan və çox yaxşı bir-birimizi tanıyırıq. Şükürlər olsun ki, xalqlarımız arasında olan o qaranlıq səhifə artıq keçmişdə qalıb. İndi isə siyasətçilər və proseslərə rəhbərlik edən insanlar olaraq biz bunu daha da inkişaf etdirməli və bu yaxşı fürsəti qaçırmamalıyıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər