Kostanyan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır
Far.Az xəbər saytı

Kostanyan: Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır


Cənubi Qafqaz hazırda dünyanın ən sabit regionlarından biridir.

"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" adlı panel sessiyasında bildirib.

"Hazırda Cənubi Qafqaz dünyanın ən sabit regionlarından biridir, xüsusən də hər yerdə logistika və təchizat zəncirlərinin pozulduğu, müharibələrin getdiyi bir vaxtda. Lakin təchizat zəncirlərinin pozulması əbədi davam etməyəcək. Və biz sahib olduğumuz rəqabət üstünlüklərini reallaşdırmaq üçün kifayət qədər ağıllı və çevik olmalıyıq", - o bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması istiqamətində səylərini artırmalıdır.

"Siyasi iradə, siyasi qərarlar tələb edən sülhün əldə olunması məsələsində olduğu kimi, indi də biz regionda kommunikasiyaların açılması, ölkələrimiz arasında əlavə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də Avropa, Mərkəzi Asiya, Uzaq Şərq arasında körpü və maneəsiz bağlantı olmaq üçün yeni siyasi, çox vacib qərarlarla irəliləməliyik", - nazir müavini bildirib.

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər