IMF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
Beynəlxalq Valyuta Fondu (IMF) Venesuela ilə əməkdaşlığı bərpa edib və ölkəyə maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib.
"Report"un məlumatına görə, Fondun direktoru Kristalina Georgiyeva bu barədə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər artıq aşağı texniki səviyyədə ilkin əlaqələr qurublar.
"Biz komandanı sahəyə göndərməyə hazırıq. Növbəti addımlar barədə razılığa gəlmək şərtilə, böyük ehtimalla Venesuela üçün maliyyə yardımı proqramı hazırlayacağıq", - Georgieva IMF ekspertləri qrupunun Venesuelaya mümkün səfərinə toxunaraq qeyd edib.
Aprelin 16-da IMF və Dünya Bankı (WB) Venesuela ilə əlaqələrin bərpa olunduğunu elan ediblər. Əməkdaşlıq 2019-cu ildə dayandırılıb. Bu qərar Vaşinqtonda başa çatan IMF- WB yaz sessiyasında elan edilib.
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb













