Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi
Far.Az xəbər saytı

Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi


"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra boğazdan keçən ilk sərnişin gəmisi olub.

Gəmi Bakı vaxtı ilə saat 18:55-də boğazı keçib. Saat 19:30-da layner cənub istiqamətində hərəkətini davam etdirib. Marşrut sənədlərində təyinat limanı kimi artıq Maskat limanı göstərilib.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, İslam Respublikası atəşkəs müddətində boğazı açmaq qərarına gəlib.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər