Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
Yunanıstan-Azərbaycan birgə Hökumətlərarası Komissiyanın növbəti iclası bu ilin oktyabrında Afinada keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Yunanıstanın səfiri Mariya Papakonstantinu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüş keçirib və görüş zamanı tərəflər turizm sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qeyd olunur ki, görüş iştirakçıları ikitərəfli əlaqələrin inkişafı, xüsusən də qarşılıqlı turist axınının artırılması kontekstində mühüm potensialın olması ilə razılaşıblar.
"Görüş zamanı hər iki tərəf turizm sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlərin mövcud olması ilə razılaşıb, eyni zamanda qarşılıqlı turist axınının artırılması üçün bütün il boyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğulayıblar", - məlumatda bildirilib.
Həmçinin qeyd edilir ki, ölkələr arasında bütün ilboyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyinə, eləcə də AZAL aviaşirkətinin artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirdiyi Bakı-İraklion marşrutu üzrə reyslərinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb













