Rusiya və Hindistan sülhü qorumaq üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər
Far.Az xəbər saytı

Rusiya və Hindistan sülhü qorumaq üçün qarşılıqlı olaraq qoşun göndərmək barədə razılığa gəliblər


Rusiya və Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə regionda sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur.

"Far.Az"un məlumatına görə, bu, cümə günü Rusiya Federasiyasının hüquqi aktlar portalında dərc olunmuş sənəddən irəli gəlir.

Müqavilədə qeyd edilir ki, tərəflər bir-birinin ərazisində 3 000-ə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər.

Müvafiq kontingent birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərin fəsadlarının aradan qaldırılması və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qorumaq məqsədilə yerləşdirilə bilər.

Xatırladaq ki, sənəd 18 fevral 2025-ci ildə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Hindistanın Rusiyadakı səfiri Vinay Kumar arasında keçirilən görüşdə imzalanıb. O zaman Rusiya Müdafiə Nazirliyi müqavilənin iki ölkənin hərbi idarələri arasında qarşılıqlı əlaqə prosedurlarının sadələşdirilməsinə yönəldiyini bildirmişdi.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər