Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu
Far.Az xəbər saytı

Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu


Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə, sürüşmə uzun müddətdir davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib.

Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib:

"Məlum oldu ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan, müvəqqəti də olsa, xəta böyüməsin deyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyəti qurumlara müraciət ediləcək".

Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər