Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib
Far.Az xəbər saytı

Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib


"Tarixi irsdən gələcək şəhərə: Azərbaycanın memarlıq irsinin qorunması və inkişafı" adlı elmi konfrans keçirilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"a verilən xəbərə görə, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir Azərbaycanın zəngin və çoxşaxəli memarlıq irsinin qorunması strategiyalarının müzakirəsi, mövcud problemlərin və perspektivlərin müəyyənləşdirilməsi, həmçinin elmi-praktiki biliklərin mübadiləsi məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir.

Dövlət başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova memarlıq irsinin yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin şəhərsalma konsepsiyalarının əsasını təşkil etdiyini qeyd edib.

Sonda tədbir iştirakçıları "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi abidələrlə tanış olublar.

Bildirilib ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində, 60 hektarlıq ərazidə yerləşən, ümumilikdə 7 abidəni əhatə edən "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğu 2004-cü ildə yaradılıb. Pir Hüseyn xanəgahı XI-XII əsrlərə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər, həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər