TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
Far.Az xəbər saytı

TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək


Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu "Far.Az"un Türkiyə bürosuna bildirib.

O qeyd edib ki, hər iki toplantının bu il keçirilməsi nəzərdə tutulub:

"Əvvəlcə Türküstanda - Qazaxıstanın ev sahibliyi ilə qeyri-rəsmi dövlət başçıları zirvə toplantısı olacaq. Ardınca isə ilin sonuna doğru Türkiyənin ev sahibliyində rəsmi zirvə keçiriləcək. Ümid edirik ki, bu iki zirvədə həm birliyimiz daha da güclənəcək, həm də bölgəmizdəki xaos və müxtəlif coğrafiyalardakı qeyri-sabitliklər qarşısında Türk dünyasının necə bir əhəmiyyət daşıdığını, nümunə olduğunu birlikdə göstərəcəyik".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər