"DH Volley"in baş məşqçisi Fərid Cəlalov: "Təcrübəsizlik finalda uduzmağımıza səbəb oldu"
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanan "DH Volley"in finalda "Turan"a uduzmasının səbəbi təcrübəsizlik və hücumları xalla yekunlaşdıra bilməmələri olub.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Fərid Cəlalov final matçından sonra jurnalistlərə açıqlamasında deyib.
O, bəzi parametrlərdə rəqibdən zəif oynadıqlarını bildirib:
"Bu gün bəzi məqamlarda rəqibə uduzduq. Məsələn, zamanında hücumları xalla yekunlaşdıra bilmədik. Bunu təcrübə ilə əlaqələndirirəm, çünki komandamızda final oynayan voleybolçuların sayı azdır. Dördüncü setdə hesab 21:18 bizim xeyrimizə olarkən bir topu vura bilsəydik, oyunun taleyi tamamilə dəyişə bilərdi. Amma artıq hər şey geridə qaldı. Ümid edirəm ki, voleybolumuz gələcək illərdə bu templə daha da inkişaf edəcək".
F.Cəlalov növbəti mövsümdə komandanın avrokuboklarda iştirak ehtimalından və heyətin gücləndirilməsindən də danışıb:
"Avropa kuboklarında çıxış edəcək komanda artıq yerli çempionata yox, qitə səviyyəsinə hazırlaşmalıdır. Bu barədə ətraflı danışmaq hələ tez olsa da, kollektivin daha da güclənməsi gözlənilir. Ümid edirəm ki, beynəlxalq arenalar üçün daha yaxşı hazırlıq keçəcəyik".
Qeyd edək ki, "DH Volley" Azərbaycan Yüksək Liqasının finalında "Turan"a 1:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının mükafatlandırma mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır













