Ramzan Kadırovun oğlu Adam medalları və yeni rütbəsi ilə görüntülənib
Far.Az xəbər saytı

Ramzan Kadırovun oğlu Adam medalları və yeni rütbəsi ilə görüntülənib


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov hərbi forma və yeni medal ilə çəkilmiş videoda görünüb.

BAKU.WS xəbər verir ki, görüntüləri Ramzan Kadırov özü "Telegram" kanalında paylaşıb.

Kadrlarda Adam Kadırov "Şimal" adlı xüsusi motoatıcı alayın 20 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edir. O, hərbi hissədə çıxış edərək şəxsi heyəti təbrik edib və bir sıra hərbçilərə medal təqdim edib.

Eyni zamanda Adam Kadırov da yubiley münasibətilə mükafatlandırılıb. Videoda xüsusi təyinatlı qüvvələrin nümayiş çıxışları da yer alıb.

Ramzan Kadırovun açıqlamasına görə, oğlu hərbçilərə xidmətlərinə görə təşəkkür edib və peşəkarlığı yüksək qiymətləndirib.

Qeyd edək ki, Adam Kadırovun bundan əvvəl də müxtəlif hərbi vəzifələrlə bağlı mükafat aldığı bildirilir.

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər