Türkiyə XİN: Orta Dəhlizin inkişafı üçün Avropanın fəal olmasına ehtiyac var
Far.Az xəbər saytı

Türkiyə XİN: Orta Dəhlizin inkişafı üçün Avropanın fəal olmasına ehtiyac var


Orta Dəhliz layihəsini inkişaf etdirmək üçün Avropanın fəal olmasına ciddi ehtiyac var.

Bu barədə "Far.Az"un Türkiyə bürosuna açıqlamasında bu ölkənin Xarici İşlər Nazirliyinin Mərkəzi və Şimali Avropa üzrə şöbə müdiri, səfir Mustafa Pulat bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Avropa ölkələrinə də ciddi üstünlüklər qazandıra bilər: "Çünki bu layihə Avropa üçün təkcə alternativ yol, logistika deyil, həm də iqtisadi, geosiyasi, strateji transformasiya vasitəsidir.

M.Pulat deyib ki, bundan başqa, Orta Dəhliz Avropa üçün təhlükəsizlik baxımından strateji qazanc deməkdir: "Avropa uzun müddətdir ki, Asiya ilə ticarətdə əsasən Rusiyadan keçən Şimal marşrutundan asılı idi. Orta Dəhliz üzərində yerləşən ölkələr, xüsusilə Azərbaycan və Mərkəzi Asiya dövlətləri isə neft, qaz və alternativ enerji resursları ilə zəngin olduğuna görə Avropa yeni enerji mənbələrinə çıxış imkanı əldə edir. Avropa bu dəhliz vasitəsilə Qafqaz və Mərkəzi Asiyada iqtisadi mövcudluğunu da gücləndirəcək".

Regiondakı qeyri-sabitlik, müharibə və böhranın Orta Dəhlizlə bağlı proseslərə mənfi təsir göstərdiyini bildirən səfir vurğulayıb ki, bu layihəni inkişaf etdirmək üçün Avropanın fəal olmasına ciddi ehtiyac var: "Orta Dəhliz yalnız Türkiyə və Azərbaycana böyük üstünlüklər gətirməyəcək, həm də bu marşruta qoşulan bütün ölkələrə müsbət təsirini göstərəcək. Söhbət insanlıq tarixinin ən qədim ticarət yollarından birinin yenidən canlandırılmasından gedir. Bu baxımdan marşrutun Çin, Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatı çərçivəsində yenidən inkişaf etdirilməsi zəruridir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər