Cozef Aun: Livanın iki yolu var - müharibə, ya da İsraillə danışıqlar
Far.Az xəbər saytı

Cozef Aun: Livanın iki yolu var - müharibə, ya da İsraillə danışıqlar


Livan Prezidenti Cozef Aun ötən həftə Vaşinqtonda başlayan İsraillə sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin "Kan12" telekanalı məlumat yayıb.

"Livanın qarşısında iki variant var - bütün humanitar, sosial, iqtisadi və ərazi nəticələri ilə birgə müharibənin davam etdirilməsi, yaxud müharibəyə son qoymaq və davamlı sabitliyə nail olmaq məqsədilə danışıqlar. Mən danışıqları seçdim və ümid edirəm ki, biz Livanı xilas edə biləcəyik", - o bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raketlər və dronlarla atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirdi. İsrail həmçinin Livanın cənubunda öz quru əməliyyatını genişləndirdi.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dəkı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər