Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Far.Az xəbər saytı

Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq


Belçika və İspaniya Ukraynaya ayrı-ayrılıqda bir milyard avro müdafiə yardımı ayırır.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov həmin ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə danışıqların yekunlarına əsasən özünün "Telegram" kanalında məlumat paylaşıb.

"Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə danışıqlar apardım. Əməkdaşlığın əsas istiqamətlərini – hava hücumundan müdafiənin gücləndirilməsini, dron istehsalının inkişafını və cəbhəni uzaqmənzilli artilleriya ilə təmin etmək üçün "Çexiya təşəbbüsü"nü sinxronlaşdırdıq", - deyə o yazıb.

Fyodorovun sözlərinə görə, Belçika bu il Ukraynaya 1 mlrd. avro müdafiə yardımı ayırır və əlavə "F-16" qırıcılarını təhvil vermək, eləcə də mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətini təsdiqləyib.

İspaniya da həmçinin 2026-cı ildə Ukraynaya dəstək üçün 1 mlrd. avro ayırır. Danışıqlar zamanı tərəflər SAFE Avropa mexanizmi çərçivəsində müdafiə sahəsində əməkdaşlığın inkişafına diqqət yetiriblər. Ukrayna İspaniya pilotsuz uçuş aparatlarının döyüş şəraitində sınaqdan keçirilməsi imkanını təklif edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər