"Hizbullah" İsraillə bufer zonaya hücum etmək niyyətində olduğunu açıqlayıb
"Hizbullah" qruplaşmasını təmsil edən Livan deputatı Həsən Fədlallah bildirib ki, qruplaşmanın döyüşçüləri İsraillə "sarı xətti" (bufer zonasını - red.) yarmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti "France Press"ə istinadən məlumat yayıb.
"Biz bu sarı xətti dağıdacağıq", - o bildirib.
Deputatın sözlərinə görə, İsrail ordusunun bufer zonası yaratmaq cəhdləri heç vaxt qəbul edilməyəcək.
"Bütün bu xətlər qırılacaq və biz onların heç biri ilə razılaşmayacağıq", - Fədlallah vurğulayıb və əlavə edib ki, Livanda və ya onun hüdudlarından kənarda heç kim qruplaşmanı tərksilah edə bilməyəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra İsrail ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilib, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dəki səfirləri rəhbərlik ediblər.
Aprelin 16-da ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar













