Deputat: Fransada müsəlmanlara qarşı kin, ayrı-seçkilik uzun illərdir davam edir
Fransada islamofobiyaya normal baxılması birinci dəfə deyil ki baş verir, bu, Fransanın dövlət siyasətinin bir istiqamətidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, dəfələrlə Fransa rəsmiləri, parlamentin deputatları, eləcə də bir çox siyasətçilərin bu barədə fikirlərini ifadə etdiklərini bildirib: "Müsəlmanlara qarşı təxribat, Quranın cırılması, yandırılması, islamofobiyanın geniş təbliğ edilməsi, müsəlmanlara qarşı təhdidlər, təqiblər illərin hadisələridir və bunlar Fransa dövləti tərəfindən normal qarşılanır. Çünki adını demokratik bir dövlət qoyan və beynəlxalq hüququn normalarını sözdə əsas götürüb, ancaq əməldə ona riayət etməyən Fransa hakimiyyəti bu gün də müsəlmanlara qarşı öz baxışlarını, düşmən münasibətini, çirkin əməllərini davam etdirir. Buna görə də Fransada deputat Jülyen Odulun belə fikir səsləndirməsi heç də təəccüblü deyil. Biz belə çıxışların çox şahidi olmuşuq. Əlbəttə ki, bu, insan haqlarının pozulması, tolerantlığa zərbə və dinlərarası ayrı-seçkilik kimi qəbul edilməlidir".
Deputat vurğulayıb ki, Fransa hakimiyyəti heç vaxt belə halların qarşısının alınması üçün tədbirlər görməyib: "Fransada İslama və müsəlmanlara qarşı nifrət, kin, ayrı-seçkilik uzun illərdir davam edir. Bu, əslində onların özlərinin nə qədər cılız düşüncəyə malik olduqlarını göstərir və bu düşüncələr sözsüz ki, Fransanın inkişafına, millətlərarası münasibətlərin yaxşılaşmasına bir zərbədir. Jülyen Odul kimi nanəcib insanlar parlamentdə yer tutub islamofobiyanın geniş yayılması, müsəlmanlara qarşı təqiblərin normal hesab edilməsi ilə qürur duyurlar. Türk dünyası bu cür hallara qarşı barışmazdır. Bu ölkələrdə bütün dinlər qəbul ediləndir, xüsusilə Azərbaycanda dinlərarası ayrı-seçkilik heç bir zaman olmayıb və bu gün də müxtəlif dinlərə sahib olan insanlar dost, qardaş kimi bir yerdə yaşayıb, fəaliyyət göstərir, dövlətin idarəetmə strukturlarında fəal iştirak edirlər".
Qeyd edək ki, fransalı deputat, "Milli Birlik" partiyasının nümayəndəsi Jülyen Odul islamofobiya konsepsiyasını qəbul etmədiyini və İslama qarşı mənfi münasibəti yolverilən hesab etdiyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb













