Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib
Far.Az xəbər saytı

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib


Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.

"Far.Az" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb.

O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

Sonra xatirə şəkili çəkdirilib.

Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər