Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
Bank of Baku ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə mikro, kiçik və orta biznesləri əhatə edən maarifləndirici təlim təşkil edib.
"25 Aprel – Sahibkarlar Günü" ərəfəsində Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə keçirilən təlimdə 20-dən çox sahibkar qadın iştirak edib.
"Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri" mövzusunda keçirilən təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına töhfə verməkdir.
Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarəedilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi əhəmiyyətli mövzular əhatə olunub. Təlimin 2-ci hissəsində isə müasir investisiya alətləri müzakirə edilib, kriptovalyuta, əmanət, istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri barədə danışılıb.
Tədbirdə təlimçi qismində Bank of Baku-nun KOB bankçılıq departamentinin direktor müavini, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov və Bank of Baku-nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış edib.
Qeyd edək ki, KOB subyektlərinə dəstəkləyici həllərin təqdim edilməsi və korporativ bankçılıq istiqamətinin genişləndirilməsi "Bank of Baku"nun strateji inkişaf planında xüsusi yer tutur.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Mübarək" şadlıq sarayında yanğın olub













